Gəncədə yaşlı qadın dəm qazından zəhərlənib

Gəncədə yaşlı qadın dəm qazından zəhərlənib
# 20 yanvar 2020 23:20 (UTC +04:00)

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Səadət Bururki yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın evdə qızdırıcı kimi istifadə olunan sobadan ayrılan qazdan zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR