Hacıqabul sakinindən silah götürülüb

Hacıqabul sakinindən silah götürülüb
# 07 fevral 2020 15:47 (UTC +04:00)

Hacıqabul sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan APA-ya verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib. Belə ki, rayon sakini İlqar Səttarov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR