İçkidən zəhərlənən Xaçmaz sakini dünyasını dəyişib

İçkidən zəhərlənən Xaçmaz sakini dünyasını dəyişib
  • Clock-gray 09:59
  • calendar-gray 16 Noyabr 2020

Xaçmaz rayon sakini içkidən zəhərlənib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Nərəcan kənd sakini ,1996-cı il təvəllüdlü Mehrab Baratov zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərinə səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, M.Baratov spirtli içkidən zəhərlənərək dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli Turan

Digər xəbərlər