İmişlidə 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

İmişlidə 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb
# 29 may 2020 21:52 (UTC +04:00)

İmişli rayonunun Qızılkənd kəndində ölüm hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yaşadığı evin həyətində yelləncəkdə yellənən 2006-cı il təvəllüdlü Şıxəliyev Rövşən Rubail oğlunun boğazına ilişən kəndir onun ölümünə səbəb olub.

R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR