İsmayıllıda 3 otaqlı ev yanıb

İsmayıllıda 3 otaqlı ev yanıb
# 24 yanvar 2020 08:46 (UTC +04:00)

İsmayıllı rayonunda fərdi yaşayış evində yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR