Qızılağac Milli Parkında yanğın başlayıb - YENİLƏNİB-1

Qızılağac Milli Parkında yanğın başlayıb - YENİLƏNİB-1
# 06 iyul 2020 18:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğunda dənizkənarında qamışlıq və kolluq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

saat 17:55

Qızılağac qoruğunun dəniz sahildə qamışlıq və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub.

***

17.35

İyulun 6-da Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR