Qusarda ikimərtəbəli evdə yanğın olub

Qusarda ikimərtəbəli evdə yanğın olub
# 08 yanvar 2021 08:29 (UTC +04:00)

Qusar rayonunun Həzrə kəndində fərdi yaşayış evində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 64 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR