Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən videolar yayan şəxs həbs edilib - FOTO

Sosial şəbəkələrdə narkotik qəbulunu təbliğ edən videolar yayan şəxs həbs edilib - FOTO
  • Clock-gray 18:20
  • calendar-gray 29 İyul 2020

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz saxlaması ilə məşğul olan şəhər Şirvan sakini Samir Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və  izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib. Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən özü qəbul edərək insanlara nümayiş etdirib. Bununla yanaşı Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da qeyd edib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.

apa-logo-mini

Digər xəbərlər