Sumqayıtda 2 nəfər dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Abdullayeva Aytac Asif qızı Corat bağlarında, 1991-ci il təvəllüdlü Şirinova Pərvanə Namiq qızı isə Saray bağlarında yaşadıqların evin hamam otağında dəm qazından zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.