Yevlaxda zəncirvari qəza olub, yaralılar var

Yevlaxda zəncirvari qəza olub, yaralılar var
# 06 aprel 2021 12:06 (UTC +04:00)

Yevlaxda zəncirvari qəza olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qaraoğlan kəndi yaxınlığından keçən avtomagistralda baş verib.

"Opel, "Mercedes" və "Vaz 2107" markalı maşınların toqquşması nəticəsində iki nəfər Bərdə sakini ağır xəsarət alıb. Yaralılar - 1971-ci il təvəllüdlü Əsgərov Alim Əjdər oğlu və 1976-cı il təvəllüdlü Rəsulova Samirə Məmmədrəsul qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR