Zaqatalada beşmərtəbəli yaşayış binasında yanğın olub

Zaqatalada beşmərtəbəli yaşayış binasında yanğın olub
  • Clock-gray 20:08
  • calendar-gray 23 Noyabr 2020

Zaqatala şəhərinin Sülh küçəsində axşam saat 19 radələrində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində F.Aslanova məxsus üçotaqlı mənzildə yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası  və şəxsi heyəti cəlb edilib. 

Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənərək digər mənzillərə keçməsinin qarşısı dərhal alınıb. 

Yanğın nəticəsində mənzilin 9 kv/m-lik mətbəxinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

 

apa-logo-mini

Digər xəbərlər