“Alov qüllələri”nin qarşısında qaz sızmasından partlayış olub, xəsarət alanlar var - FOTO - VİDEO

“Alov qüllələri”nin qarşısı

© APA | “Alov qüllələri”nin qarşısı

# 30 dekabr 2021 11:05 (UTC +04:00)

Bakıda qaz sızmasından partlayış olub.

APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR