Xuliqanlığa görə axtarışda olan şəxs tutulub.
DİN-dən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan S.Cahangirov saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.
Aysel Şahmar