Azad olunan ərazilərdə ötən ay 683 mina aşkarlanıb

Azad olunan ərazilərdə ötən ay 683 mina aşkarlanıb
# 01 avqust 2022 15:25 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyul ayı ərzində minatəmizləmə əməliyyatları barədə məlumat açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 578 piyada əleyhinə mina, 105 tank əleyhinə mina və 1028 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6 903 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR