Bakıda ana və qızı 10-cu mərtəbədən özlərini atıb - YENİLƏNİB

Bakıda ana və qızı 10-cu mərtəbədən özlərini atıb - YENİLƏNİB
# 14 iyun 2019 15:22 (UTC +04:00)

Bakının Yasamal rayonunda intihar edən ana və qızının şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, intihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır. Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq intihar edib. R. Allahverdiyevanın xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

***

13.45

Bakıda intihar olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR