Bank Of Baku

Bakıda atasının avtomobilini qaçıran yeniyetmə onu aşırıb, xəsarət alanlar var

Bakıda atasının avtomobilini qaçıran yeniyetmə onu aşırıb, xəsarət alanlar var
# 21 dekabr 2022 06:20 (UTC +04:00)

Bakının Qaradağ rayonunda minik maşını aşıb.

APA xəbər verir ki, qəza Qobu Park ərazisində qeydə alınıb.

Belə ki, 17 yaşlı Əkbər Xəlilov idarə etdiyi “KİA” markalı maşında sükana nəzarəti itirib nəticədə nəqliyyat vasitəsi dərədən aşıb.

Avtomobilin aşması nəticəsində sürücünün qonşuluğunda yaşayan şəxs 16 yaşlı Məzahir Bayramovda sərnişin qismində nəqliyyat vasitəsində olub.

Hər iki şəxs xəsarət alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR