Bakıda avtomobil 43 yaşlı kişini vurub

Bakıda avtomobil 43 yaşlı kişini vurub
# 16 noyabr 2019 00:12 (UTC +04:00)

Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, Suraxanı qəsəbəsi ərazisində minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Əzizov Pərviz Möhübbət oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona hər iki dizin əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR