Bakıda avtomobil ağaca çırpılıb - FOTO

Bakıda avtomobil ağaca çırpılıb - FOTO
# 11 noyabr 2022 02:20 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobili idarə edən sürücü, Əbdülrəhim bəy Haqverdiyev küçəsi hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəqliyyat vasitəsi qəfil dönmə əməliyyatı zamanı İnşaatçılar prospektində yol kənarındakı ağaclara çırpılıb. Ağacın biri kökündən çıxaraq yola aşıb. Maşında olan sərnişin xəsarət alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR