Bakıda avtomobili dirəyə çırpan xanım sürücünün qolu sınıb

Bakıda avtomobili dirəyə çırpan xanım sürücünün qolu sınıb
# 15 oktyabr 2019 01:47 (UTC +04:00)

Bakının Xəzər rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Qala qəsəbəsində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Qədirova Ülviyyə Fəxrəddin qızı idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çırpılıb.

Hadisə zamanı Ü.Qədirova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona sol qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR