Bakıda güclü külək daha 13 ağacı sındırıb - VİDEO - YENİLƏNİB-1

Bakıda güclü külək daha 13 ağacı sındırıb - VİDEO  - YENİLƏNİB-1
# 09 fevral 2023 16:05 (UTC +04:00)

Hazırki vaxta kimi daha 13 ağacın sınması faktı qeydə alınıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən APA-ya verilən xəbərə görə, həmin ağaclar kəsilərək, ərazi təmizlənib.

Küləkli hava şəraiti ilə əlaqədar birlikdə operativ qruplar yaradılıb və ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadisə yerinə gələrək fəsadları aradan qaldırırlar.

***

saat 09.34

Bakıda gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan vurub.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən APA-ya verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.

Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR