Bakıda mağazada qadının 6800 manatı oğurlanıb

Bakıda mağazada qadının 6800 manatı oğurlanıb
# 13 yanvar 2023 10:37 (UTC +04:00)

Nizami rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakini olan bir qadının içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR