Bərdə sakini Bakıda bıçaqlanaraq ağır vəziyyətə düşüb

Bərdə sakini Bakıda bıçaqlanaraq ağır vəziyyətə düşüb
# 04 oktyabr 2022 06:55 (UTC +04:00)

Bakının Xətai rayonunda dava zamanı yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Babək prospektində baş verib.

1961-ci il təvəllüdlü Əliyev Abbas İsmayıl oğlu tanışı tərəfindən küçədə bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR