Beyləqanda avtomobil dirəyə çırpılıb, 2 nəfər ölüb

Beyləqanda avtomobil dirəyə çırpılıb, 2 nəfər ölüb
# 03 oktyabr 2022 10:24 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 1-də saat 19 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində rayon sakini Müşfiq Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Kamal Mehdiyev isə xəstəxanada ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR