Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb
# 26 mart 2023 10:46 (UTC +04:00)

Cəlilabadda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində rayon sakinləri, 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıblar.

Hər 3 yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR