Cəlilabadda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib

Cəlilabadda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib
# 16 mart 2023 20:25 (UTC +04:00)

Cəlilabadda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Qəzada 4 avtomobil toqquşub.

Xəsarət alan bir nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə BMW markalı minik avtomobilinin iştirakı ilə baş verib.

Qeyd edək ki, həmin nəqliyyat vasitəsinin sürücüsü avtoyuma məntəqəsinin işçisi olub.

O, müştərisinin etibarından sui-istifadə edərək avtomobili idarə edib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR