Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verilib.
O bildirib ki, bu gün 100-dən artıq müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 300-ü ötüb. Komissiyanın növbəti iclası mayın 14-də keçiriləcək.
Komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.