FHN əməliyyat-xilasetmə görüntülərini yayıb - VİDEO

FHN

© APA | FHN

# 23 aprel 2022 11:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6 nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda intihara cəhd edən 1 nəfər və Sabirabad rayonunun Qalağayın kəndində “КамАЗ” markalı yük avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR