Gəncədə 87 yaşlı kişi yıxılaraq ölüb

Gəncədə 87 yaşlı kişi yıxılaraq ölüb
# 21 yanvar 2022 17:08 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən evdə qeydə alınıb. Həmin ünvanda yaşayan 1935-ci il təvəllüdlü Məhərrəm Rəsulov yaşadığı evin hamamında yıxılıb. Başı yerə dəyən 87 yaşlı kişi ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR