Bank Of Baku

Gəncədə avtomobil ağaca çırpılıb, 2 nəfər xəsarət alıb 

Gəncədə avtomobil ağaca çırpılıb, 2 nəfər xəsarət alıb 
# 12 yanvar 2022 00:22 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca, daha sonra işıq dirəyinə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR