Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
# 31 iyul 2022 09:16 (UTC +04:00)

Gəncədə yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 1970-ci il təvəllüdlü Cəlil Cənnətovdur.

Faktla bağlı araşdırma aparılır.

***

saat 02.44

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada xəstəxanaya aparılsa da orada dünyasını dəyişib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR