Gəncədə dostunu bıçaqlamaqda təqsirləndirilən şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə dostunu bıçaqlamaqda təqsirləndirilən şəxs saxlanılıb  - YENİLƏNİB
# 04 yanvar 2022 21:25 (UTC +04:00)

Polis dostunu bıçaqlamaqda şübhəli bilinən şəxsi həbs edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisədə 1985-ci il təvəllüdlü Zahir Həsənov şübhəli bilinir. O, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşların keçirdikləri əməliyyat zamanı saxlanılıb. Zahir Həsənov ilkin ifadəsində cinayəti törətdiyini etiraf edib. Faktla bağlı araşdırma davam edir.

***

20.41

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
1971-ci il təvəllüdlü M.Hüseynov 2 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə həmin şəxs dostu tərəfindən bıçaqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR