Gəncədə məktəblini maşın vurub

Gəncədə məktəblini maşın vurub
# 18 yanvar 2022 14:52 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Q.F-ni vurub. 13 yaşlı məktəbli xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR