Gəncə şəhərinin Nizami rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 33 m² olan mənzildə məişət əşyaları 10 m² sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan mətbəxin və digər otağın lambirindən ibarət tavanı 16 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.