Goradildə ağaclıq yanır - FOTO - VİDEO - YENİLƏNİB-1

Goradildə ağaclıq yanır - FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 06 iyul 2022 23:00 (UTC +04:00)

Görədil kəndində otluq və ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

***

18:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Görədil kəndində otluq və ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 3 ha sahədə quru ot, kol-kos və qismən ağaclıq yanır.

Əlavə məlumat veriləcək.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Qərargahının əməliyyat növbətçisi, polkovnik-leytenant Ramazan Ramazanov hadisə yerində jurnalistlərə açıqlama verib. FHN əməkdaşı deyib ki, Goradil qəsəbəsində ağaclıq ərazidə baş verən yanğınla bağlı qərargaha məlumat 12:57-də daxil olub, 13:05-də yanğınsöndürən avtomobillər hadisə yerinə çatıb: “Meşəlik və sıx ərazi olduğu üçün əlavə texnikalar cəlb olunub. Əsasən də traktorlar vasitəsilə yollar açılıb. Traktorlar hadisə yerinə çatana qədər alov çoxalıb. Biz yanğının qarşısını almağı bacarmışıq. Artıq ərazidə açıq alov yoxdur, sadəcə, közərmələr var. Yanğın yaxın zamanlarda məhdudlaşdırılacaq”.

Qeyd olunub ki, yaxınlıqda yerləşən istixanalar və yaşayış evləri yanğından mühafizə edilib.

***

17.27

Abşeron rayonunda ağaclıq ərazi yanır.

APA xəbər verir ki, Goradil qəsəbəsində, Samur-Abşeron kanalının sahilində yerləşən meşəlik ərazidə ağaclıq ərazi və kol-kos yanır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR