Daxili İşlər Nazirliyi həftəsonu baş verən yol qəzalarının statistikasını açıqlayıb.
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iki gün ərzində respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.