Lənkəranda avtomobil divara çırpılıb, xəsarət alan var

Lənkəranda avtomobil divara çırpılıb, xəsarət alan var
# 29 mart 2023 09:31 (UTC +04:00)

Lənkəranda minik avtomobili divara çırpılıb. Xəsarət alan var.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında Lənkəran - Boradigah yolunun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobil, idarəetməni itirərək divara çırpılıb.

Qəza nəticəsində 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşını ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR