Lənkəranda iki maşın toqquşub, xəsarət alan var

Lənkəranda iki maşın toqquşub, xəsarət alan var
# 29 mart 2023 00:32 (UTC +04:00)

Lənkəranda 2 avtomobilin toqquşması 1 nəfərin xəsarət alması ilə nəticələnib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlrında Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.

"VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər - 1995-ci il təvəllüdlü Rüstəm Yusif oldu Salmanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR