Bank Of Baku

Masallıda Dağıstan vətəndaşı qəzaya düşüb, xəsarət alan var - FOTO

Masallıda Dağıstan vətəndaşı qəzaya düşüb, xəsarət alan var - FOTO
# 14 aprel 2023 08:44 (UTC +04:00)

Masallıda Dağıstan vətəndaşı qəzaya düşüb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının 131-ci kilometrliyində qeydə alınıb.

Dağıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Maqomedsadiq Xasmamodovic Ahayev idarə etdiyi "TIR" markalı yük avtomobili ilə hərəkətdə olan "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "TIR" 200 metrə qədər sürüşüb və hər iki yük maşını yol kənarına düşüb.

"TIR"-ın sürücüsü sıxılmış vəziyyətdə maşında qalıb.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Qüvvələri cəlb olunub.

Görülən tədbirlərdən sonra sürücü maşından çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR