Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya veriklən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.