Şəkidə itkin düşən 16 yaşlı qız tapılıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü, Şəki şəhər sakini Günsel Hacıyeva polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumatı təsdiqləyib.
***
09:42
Şəkidə 16 yaşlı qız itkin düşüb.
APA xəbər verir ki, 2007-ci il təvəllüdlü Hacıyeva Günsel Ramil qızı yaşadığı evdən gedərək bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Səlcuq Elçin
Vüqar Heydərov