Şəmkirdə minik maşını maneəyə çırpılıb, xəsarət alanlar var

Şəmkirdə minik maşını maneəyə çırpılıb, xəsarət alanlar var
# 22 noyabr 2022 21:04 (UTC +04:00)

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR