Siyəzəndə ev yanıb

Siyəzəndə ev yanıb
# 10 may 2023 11:55 (UTC +04:00)

Siyəzəndə yanğın olub.

APA FHN-in saytına istinadən xəbər verur ki, Siyəzən şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi, bitişik qonşu ev və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR