Sumqayıt-Bakı elektrik qatarı piyadanı vuraraq öldürüb - YENİLƏNİB - VİDEO

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vuraraq öldürüb - YENİLƏNİB  - VİDEO
# 08 dekabr 2022 10:17 (UTC +04:00)

Sumqayıt-Bakı elektrik qatarının vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

APA xəbər verir ki, elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Hacı Ağazadə Əmralı olduğu bildirilir.

Hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

09.13

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) "APA-Economics"ə verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR