Paşha Bank
Bank Of Baku

Sumqayıtda yanğın baş verib - FOTO - VİDEO

Sumqayıtda yanğın baş verib  - FOTO  - VİDEO
# 31 mart 2022 02:49 (UTC +04:00)

Sumqayıtda yanğın olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 42-ci məhəlləsində qeydə alınıb.
Yataqxanadan birinin həyətində müxtəlif məhsulların satıldığı dəmir konstruksiyalı köşk yanıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində köşkdə olan yanar konstruksiyalar, eləcə də orada olan məhsullar yanaraq yararsız hala düşüb.
Yanğın söndürülüb və hadisənin digər ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR