Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi açılıb - FOTO

Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi açılıb - FOTO
# 30 dekabr 2021 11:29 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib. Çay evinin inzibatçısı Cəsur Abışova bundan öncə eyni əməli törətdiyinə görə inzibati qaydada protokol tərtib edilib. Lakin o, karantin rejiminin tələblərinə məhəl qoymayaraq pozuntu hallarını davam etdirdiyindən barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi il cinayət işi başlanılıb, araşdırma aparılır.
Həmin çay evinin icarədarı R.Süleymanlı və işçisi A.Quliyeva barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR