Ucarda qəza ilə bağlı işıqsız qalan kəndlərə enerji verilişi bərpa olunub - YENİLƏNİB - VİDEO

Ucarda qəza ilə bağlı işıqsız qalan kəndlərə enerji verilişi bərpa olunub - YENİLƏNİB  - VİDEO
# 16 iyun 2022 15:40 (UTC +04:00)

Bakı-Qazax magistralında baş verən qəza nəticəsində Ucar rayonunun bır sıra kəndlərinin elektrik enerjisi təchizatında yaranan problem aradan qaldırılıb.

Bu barədə APA-ya “Azərişıq” ASC-dən məlumat verilib.

Xəbərə görə, kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub.

***

12.48

Bakı-Qazax magistral yolunda qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xaliq Qulam oğlu Qulamovun idarə etdiyi "Nissan" markalı minik maşını idarəetmədən çıxaraq əvvəlcə beton arakəsməyə çırpılıb. Daha sonra yol kənarındakı, KRN-10 tipli vakuum açarlarına dəyərək onu aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, rayonun - Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisi verilişi dayandırılıb.

Həmin kəndlərə elektrik enejisi verilişi hələ də bərpa olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR