Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib - FOTO

Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət çətinləşib - FOTO
# 05 may 2023 16:02 (UTC +04:00)

Yardımlı rayonunda torpaq sürüşməsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, torpaq sürüşməsi Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində, Yardımlını digər rayonlarla birləşdirən əsas yolda qeydə alınıb.

Nəticədə yolun hərəkət zolağının 55 metr hissəsi yararsız hala düşüb. Bu da magistralda avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb. Dağılmış istinad divarları və iri torpaq layları ərazidən keçən qaz xəttinin üzərinə tökülüb. Sakinlərin sözlərinə görə, kəmərlərdə qaz sızması yaransa da, sonradan aradan qaldırılıb.

Yolun hərəkət zolağının qısalması bəzi hallarda qəza riski yaradır.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə sözügedən ərazidə təmir-bərpa işlərinə başlanacaq.

Torpaq sürüşməsinə son günlər rayon ərazisində intensiv yağıntıların səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR