Zaqatalada məktəbdə başlayan yanğın söndürülüb - YENİLƏNİB-3 - FOTO - VİDEO

Zaqatalada məktəbdə başlayan yanğın söndürülüb - YENİLƏNİB-3  - FOTO  - VİDEO
# 13 may 2023 22:22 (UTC +04:00)

Zaqatalada məktəbə düşən ildırım nəticəsində başlayan yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb", - deyə bildirilib.

***

Saat 22:15

Fövqəladə Hallar Nazirliyi Zaqatalada məktəbdə başlayan yanğınla bağlı məlumat yayıb.

APA xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində orta məktəb binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Saat 22:10

Xəbərə foto və video əlavə edilib.

***

Saat 21:45

Zaqatalada məktəbdə baş verən yanğının səbəbi məlum olub.

APA-nın Şimal-qərb bürosunun kənd icra nümayəndəsinə istinadən verdiyi məlumata görə, binanı ildırım vurub.

Üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib.

Hazırda məktəbdə 190 şagird təhsil alır.

Əldə olunan məlumata görə, məktəb binasının dam örtüyü tam yanıb.

Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb.

***

Saat 21:07

Zaqatalada mətkəb binasında yanğın başlayıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 20:40-da rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR