Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub
# 12 sentyabr 2023 11:24 (UTC +04:00)

Sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

APA xəbər verir ki, bu barədə MN məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR