Latviya ilə minatəmizləmə üzrə əməkdaşlıq müzakirə edilib

Latviyanın müdafiə naziri Artis Pabriksinin Vüqar Süleymanovla görüşü

© APA | Latviyanın müdafiə naziri Artis Pabriksinin Vüqar Süleymanovla görüşü

# 27 aprel 2022 17:32 (UTC +04:00)

Azərbaycan və Latviya arasında minatəmizləmə üzrə mümkün əməkdaşlıq müzakirə edilib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Artis Pabriksi görüş zamanı qeyd edib ki, qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə qarşı edilən qeyri-insani əməllərin təzahürüdür.

Görüş zamanı iki ölkə arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci il üzrə tədbirlər planına əsasən müəyyən olunan prioritet layihələr üzrə fəaliyyətin gedişatı, mərhələli şəkildə minatəmizləmə əməliyyatlarına yeni müdavimlərin cəlb olunması, Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun keçirilən təlimlər, həmçinin süni intellekt texnologiyası vasitəsilə ərazilərin tədqiqatı barədə məlumat verib.

Nazir Artis Pabriksi işğaldan azad edilən ərazilərdə aparılan humanitar minatəmizləmə əməliyyatları, həmçinin ardıcıl olaraq infrastukturun bərpası istiqamətində görülən genişmiqyaslı işləri yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR